Filip Lefort: “Dağlıq Qarabağ probleminin həll edilməməsinin əsas səbəbi tərəflərin bir-birinə etibarının olmamasıdır”

Filip Lefort: “Dağlıq Qarabağ probleminin həll edilməməsinin əsas səbəbi tərəflərin bir-birinə etibarının olmamasıdır”

"Dağlıq Qarabağ probleminin həll edilməməsinin əsas səbəbi tərəflərin bir-birinə etibarının olmaması və yəqin ki, qarşılıqlı qorxudur". SİA-nın xəbərinə görə, bunu Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort Bakıda keçirdiyi brifinqdə deyib. O, bildirib ki, AB ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini dəstəkləyir: "Biz Minsk Qrupu ilə əməkdaşlıq edirik. Avropanın postmünaqişə mərhələsi və rekonstruksiya sahəsində təcrübəsini bölüşməyə hazırıq. Ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri kompromisə yaxınlaşa biləcək, problem həll olunacaq. Mən eyni sözləri İrəvanda da demişəm".

Qeyd edək ki, F. Lefort səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb, parlament üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə