Türkiyə baş nazirinin müavini: “Azərbaycanın yardımını xüsusi qeyd etmək lazımdır\"

Türkiyə baş nazirinin müavini: “Azərbaycanın yardımını xüsusi qeyd etmək lazımdır\"

Xarici dövlətlərin göndərdikləri başsağlığı və yardımlarına görə, təşəkkür edirəm . Eyni zamanda zəlzələ bölgəsinə üç təyyarə göndərən Azərbaycanın yardımını xüsusi qeyd etmək lazımdır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bülənd Arınç deyib.

Təbii fəlakət nəticəsində nəticəsində 279 nəfərin öldüyünü və 1300 yaralının olduğunu deyən Bülənd Arınç deyib ki, hazırda bölgədə beş nazir yardımların çatdırılması, çadırlar qurulması, ərzaq təminatı və digər məsələlərin əlaqələndirilməsi ilə məşğuldur.

Türkiyə baş nazirinin müavini Türkiyənin guya İsrailin yardım təklifini rədd etməsi ilə bağlı xəbərləri yalan adlandırıb: "Hazırda ölkəmizin xarici yardımlara ehtiyacı yoxdur. Yardım üçün isə biz İsrail hökumətinə öz təşəkkürümüzü bildiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə