Politoloq: “Azərbaycanın BMT TŞ-da təmsil olunması üçün bütün əsaslar mövcuddur”

Politoloq: “Azərbaycanın BMT TŞ-da təmsil olunması üçün bütün əsaslar mövcuddur”

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında (TŞ) təmsil olunması üçün bütün əsaslar mövcuddur. Bunu SİA-ya açıqlamasında Azərbaycanın BMT-yə üzv qəbul olunması məsələsinə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu bildirib: "Ümumiyyətlə dünya miqyasında gedən proseslərdə Azərbaycan yaxından iştirak edib. Buna beynəlxalq terrorizmə qarşı mübarizəni eləcə də enerji təhlükəsizliyinin təmin olunması istiqmətində atılan addımları göstərmək olar. Bu Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclü olduğunu birdaha nümayiş etdirir. Mən hesab edirəm ki, Azərbaycanın bütün şansları vardır ki, o BMT TŞ-na üzv qəbul olunsun" deyə politoloq bildirib.

Qeyd edək ki, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının (TŞ) Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvülüyünə Azərbaycanın və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu nəticəsiz qalıb. Ölkələrdən heç biri BMT Nizamnaməsində göstərildiyi kimi, səslərin üçdə ikisini toplaya bilməyib. Beləki seçkilərdə Azərbaycana qələbə üçün cəmi 14 səs çatmayıb. Nəticədə səsvermənin bazar ertəsinə (24 oktyabr) keçirilməsi haqqında qərar qəbul edilib. BMT TŞ beş - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin - daimi və iki ildən bir seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. \"Böyük beşlik\"dən fərqli olaraq, qeyri-daimi üzvlər veto hüququna malik deyillər.


Bütün xəbərlər Facebook səhifəmizdə