Müstəqilliyin bərpasının 20-ci ildönümü Korporasiya Universitetində də qeyd edilib
Bu gün Azərbycan Korporasiya Universitetində müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, Gənclər Təşkilatları Milli Şurasının, Korporasiya Universiteti Tələbə Gənclər Təşkilatı və Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən universitetin elmi işləri üzrə prorektoru Bəyal Ataşov müstəqilliyimizin qazanılmasının tarixi keçmişi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, müstəqillik dönəmində Azərbaycan bir çox tarixi uğurlara imza ataraq beynəlxalq arenada öz sözünü deyən bir dövlətə çevrilib. Ulu öndər Heydər Əliyevin və həmin kursun layiqli davamçısı cənab prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində isə Azərbaycan günü-gündən inkişaf edən ölkələr sırasında öz layiqli yerini tutub. Digər çıxış edənlər Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvləri Heydər Atayev və Azər Cavadov Milli Şuranın yaradılması haqqında məlumat verərək bildiriblər ki, 1995-ci ildə yaradılan bu şura 70-ə yaxın təşkilatı öz ətrafında toplayıb ki, burada da əsas məqsəd bütün Gənclər təşkilatlarını vahid bir mərkəzdə birləşdirməkdir. Tədbirin sonunda isə ümummilli lider Heydər Əliyevin Azərbaycanda gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB