Müstəqilliyin bərpasının 20-ci ildönümünə həsr olunmuş müsabiqəyə yekun vuruldu-FOTOSESSİYA
Bugün Yeni Azərbaycan Partiyasında (YAP) gənclər arasında təşkil edilən müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş yazı müsabiqəsinə yekun vurulub. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyasının icra katibi, sədr müavini Əli Əhmədov ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək bildirib ki, müsabiqədə qalib gələn gənclər Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak ediblər. İcra katibi bu müsabiqəninin keçirilməsində əsas məqsədin də YAP sıralarında olan, bütövlükdə Azərbaycan gəncliyinin potensialını, müstəqillik haqqında düşüncələrini aşkara çıxarmaq olduğunu söyləyib. Qeyd olunub ki, bir ay ərzində münsiflər heyətinə 100-ə yaxın yazı təqdim edilib ki, həmin yazılar da "Səs", "İki sahil", "Yeni Azərbaycan" qəzetlərində çap olunub. Daha sonra digər çıxış edən millət vəkili Mübariz Qurbanlı qaliblər haqqında ətraflı məlumat verib. Bildirilib ki, müsabiqədə 5 qalib müəyyənləşib ki, həmin qaliblər də YAP üzvləri İsmayıl Muğanlı, Sitarə Cabbarlı, Natəvan Səfxanova, Kübra Əlyarlı və Samirə Quliyevadır.
Sonda isə YAP icra katibi qaliblərə dəyərli mükafatlar təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB