Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin IX Prezidenti Süleyman Dəmirəli qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin IX Prezidenti Süleyman Dəmirəli qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəli qəbul edib. DİA-nın verdiyi məlumata görüşdə ulu öndər Heydər Əliyev ilə Süleyman Dəmirəlin keçirdiyi görüşlər, onların arasında olan dostluq münasibətləri məmnunluqla xatırlanıb, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də daim möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Dövlətimizin başçısı dəvəti qəbul edib Beynəlxalq Humanitar Forumda iştirak etdiyinə görə Türkiyənin IX Prezidentinə minnətdarlığını bildirib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin şərəfinə nahar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə