Metyu Brayza senator Cozef Simityanın Qarabağa səfərindən xəbərsiz olub?
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza amerikalı senator Cozef Simityanın Dağlıq Qarabağa səfərini şərh edib. O, senatorun Qarabağa mümkün səfəri barədə xəbərsiz olduğunu söyləyib:
\"Onun Dağlıq Qarabağa səfəri ilə əlaqədar mənim məlumatım yox idi. O mənim fikrimi soruşmamışdı. Məndə olan məlumatlara görə, o, Azərbaycan və Ermənistana səfər etməli idi. Yəni planda onun Dağlıq Qarabağa səfəri ilə bağlı heç bir məsələ yox idi. Buranı tərk edəndən sonra yəqin öz fikrini dəyişib. ABŞ hökumətinin Azərbaycana, Dağlıq Qarabağa aid siyasəti dəyişmədən qalır\".
Səfir Simityanın səfərinin Minsk qrupunun sülhyaratma səylərinə töhfə verəcəyinə də ümid etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB