Prezident Türkiyə nümayəndə heyətini qəbul edib

Prezident Türkiyə nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının ailə və sosial siyasət naziri xanım Fatima Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, Türkiyənin ailə və sosial siyasət naziri xanım Fatima Şahin Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Görüşdə ölkələrimizin ailə, qadın və uşaq məsələləri ilə məşğul olan qurumları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, Türkdilli Ölkələrin Parlament Assambleyasının təşəbbüsü ilə "XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın önəmi qeyd olunub. Dövlət başçısı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin baş nazirinə çatdırmağı xahiş edib.


Bütün xəbərlər Facebook səhifəmizdə