Azərbaycanın Dövlət Müstəqilliyinin 20 ili münasibəti ilə Sənaye və Energetika Nazirliyində tədbir keçirib

Azərbaycanın Dövlət Müstəqilliyinin 20 ili münasibəti ilə Sənaye və Energetika Nazirliyində tədbir keçirib

Azərbaycanın Dövlət Müstəqilliyinin 20 ili münasibəti ilə Sənaye və Energetika Nazirliyində tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə millət vəkilləri, görkəmli xadimlər, dövlət strukturlarının rəhbərləri və digər dövlət nümayəndələri qatılmışdır. Tədbiri giriş sözü ilə açan sənaye və energetika naziri Natiq Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin şəxsiyyəti və Azərbaycanın müstəqilliyi üçün gördüyü işlər haqqında eləcədə 1991-ci ildə yaradılan müstəqillikdən söhbət açıb. Daha sonra Heydər Əliyevin Azərbaycanda gördüyü işlərə toxunaraq, iqtisadiyyatımızın güclənməsi istiqamətində gördüyü işlərdən ətraflı danışıb. Nazir həmçinin 14 il ərzində sənayedə, kənd təsərrüfatında, neft qaz yataqlarında görülən işlərdən danışıb. Daha sonra digər iştirakçılar, millət vəkilləri, dövlət xadimləri bu 20 il ərzində görülən işlərdən söhbət açıb və görülən işlərin İlham Əliyev siyasətinin uğurlu davamı kimi qiymətləndirilib.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə