Rumıniya Qarabağ münaqişəsində iştirak edən tərəflərin qəbul etdiyi istənilən həll variantını müdafiə edəcək

Rumıniya Qarabağ münaqişəsində iştirak edən tərəflərin qəbul etdiyi istənilən həll variantını müdafiə edəcək
Rumıniya Qarabağ münaqişəsində iştirak edən tərəflərin qəbul etdiyi istənilən həll variantını müdafiə edəcək. SİA "News.am"a istinadən xəbər verir ki, bu sözləri Rumıniyanın Ermənistandakı səfiri Krina Rodika Prunariu Yerevanda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, münaqişənin hərb yolu ilə həlli çağırışları beynəlxalq hüquq qaydalarına ziddir.
Səfir həmçinin erməni jurnalistlərin təxribatçı suallarını cavablandırmaqdan da imtina edib. Ölkəsinin münaqişənin həlli ilə bağlı mövqeyini şərh edən səfir bildirib ki, Rumıniya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir və hesab edir ki, Minsk qrupunun imkanları tükənməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə