Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin 12-ci iclası keçirilir

Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin 12-ci iclası keçirilir

Bu gün Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin 12-ci iclası keçirilir. SİA-nın xəbərinə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Avropa İttifaqının heyətinə isə qurumun xarici fəaliyyət xidmətinin direktoru Gunnar Viegand (Qunnar Viqand) rəhbərlik etdiyi iclasda Avropa Qonşuluq Siyasəti və "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunur. iclasın gündəliyində Əməkdaşlıq Komitəsinin əvvəlki 11-ci iclası və Ticarət, iqtisadiyyat və ticarət məsələləri üzrə Alt komitəsinin əvvəlki 9-cu iclası protokollarının qəbul olunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Avropa Qonşuluq siyasəti və Şərq Tərəfdaşlıq məsələləri müzakirə olunması nəzərdə tutulub.

Tədbirdən öncə jurnalistlərə açıqlama verən M.Məmmədquliyev bildiirb ki, hər il ənənəvi olaraq keçirilən iclaslarda 1 il ərzində əməkdaşlıq çərçivəsində görülən işlər təhlil edilir, müzakirələr aparılır və lazımi qərarlar qəbul edilir. Onun sözlərinə görə, komitənin 12-ci iclasında da Avropa İttifaqı ilə əməkdaşlıq və tərəfdaşlıq sənədlərində öz əksini tapan bütün məsələlər müzakirə olunur: "Əməkdaşlıqda müsbət nəticələr var, amma bununla yanaşı, bəzi məsələlər müzakirə edilməli və gələcəkdə lazımi qərarlar verilməlidir ki, bu sahələrdə də əməkdaşlığımız daha da gücləndirilsin".

Avropa İttifaqının heyətinə isə qurumun xarici fəaliyyət xidmətinin direktoru Gunnar Viegand (Qunnar Viqand) isə ilk növbədə Azərbaycan müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar öz təbriklərini çatdırıb. O bildirib ki, Azərbaycan Avropa İttifaqının siyasi və iqtisadi baxımından yaxınlaşdıran Assosiasiya Sazişi üzrə müzakirələr aparılır. Onun sözlərinə görə, bu müzakirələr Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir. Bu sahədə Avropa İttifaqı öz töhfəsini verməkdədir. Bu, tərəflər, xüsusilə vətəndaşlar arasındakı daha da yaxınlaşdırır. Bu münasibətlərin iqtisadi sahəyə əhəmiyyəti böyükdür. Burada isə enerji sahəsi üzrə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə