Həmsədrlərin Nyu-Yorkda görüşü nə dəyişəcək?

Həmsədrlərin Nyu-Yorkda görüşü nə dəyişəcək?

Bugünki vəziyyət onu deməyə əsas verir ki, həmsədlərin növbəti görüşündən hər hansı bir nəticə gözləməyə dəyməz. Bunu SİA-ya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin Nyu-Yorkda keçiriləcək növbəti görüşünə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu bildirib. Politoloq, bundan əvvəlki görüşlərdə də həmsədrlərin münaqişənin aradan qaldırılması istiqamətində gördüyü işlərin öz həllini tapmadığını söyləyib: "Mən hesab edirəm ki. bu sıradan bir protokol görüşü olacaq. Hər hansı bir nəticəyə gəlməkdən söhbə belə gedə bilməz. Bugün münaqişənin tənzimlənməsi istiqamətində heç bir real addım atılmayıb".

Qeyd edək ki, həmsədrlərin növbəti görüşünün sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Assamleyası çərçivəsində keçirilməsi planlaşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə