13 yaşlı Aygün Şahmalıyevanın ermənilər tərəfindən öldürülməsinə ATƏT-in reaksiyası
ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı Aygün Şahmalıyevanın erməni təxribatı nəticəsində ölümü ilə bağlı rəsmi məktubuna cavab verib.
SİA-nın YAP-ın saytına istinadən verdiyi məlumata görə, xüsusi nümayəndə cavab məktubunda bu hadisə ilə bağlı onu məlumatlandırdığı üçün Bahar Muradovaya təşəkkürünü bildirib və uşaqların belə, faciəvi şəkildə həyatlarını itirməsinin hər zaman böyük sarsıntılara səbəb olduğunu vurğulayıb. Aygünün ailəsinə başsağlığı verən J.Suareş eyni zamanda, Dağlıq Qarabağ probleminin dondurulmuş münaqişə olmadığını vurğulayıb. Suareş məktubunda qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı insidentlərin birgə araşdırılması mexanizminin yaradılması məsələsinə dair razılığa gəlinib. O öz tərəfindən gələcəkdə bu məsələnin reallaşması üçün səy göstərəcəyini cavab məktubunda bildirib.
Xüsusi nümayəndə Azərbaycan parlamentinin vitse-spikerinin ona ünvanladığı məktubun surətini ATƏT-in fəaliyyətdə olan sədrinə də göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB