Kaspi Təhsil Mərkəzi növbəti tədris ili üçün yeni layihələr hazırlayıb - FOTO
Kaspi Təhsil Mərkəzi ənənəvi olaraq illik yekun hesabat tədbiri keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ötən tədris ili üzrə mərkəzin fəaliyyəti, qazandığı nailiyyətlər barədə məlumat verilmiş, 2011/2012-ci tədris ili üçün nəzərdə tutulmuş yeni layihələr təqdim edilib.
"Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva tədbir iştirakçılarını mərkəzin fəaliyyəti barədə ətraflı məlumatlandırıb. Bildirib ki, Kaspi Təhsil Mərkəzi paytaxt sakinlərinin mərkəzin xidmətindən rahatlıqla istifadə etmələri üçün cari ildə filiallarının sayını 5-ə çatdırıb. Bundan əlavə, mərkəz bir neçə uğurlu layihələr həyata keçirib. "Azercell" şirkətinin dəstəyi ilə jurnalistlər üçün, Daxili İşlər Nazirliyinin dəstəyi ilə isə polis əməkdaşlarına peşəkar dil kursları təşkil edilib. Layihələr bu gün də davam etdirilir.
S.Vəliyeva Kaspi Təhsil Mərkəzinin qarşıdan gələn tədris ilinə yeni nəşrləri ilə qədəm qoyduğunu da diqqətə çatdırıb. Bildirib ki, bu il "Kimya" və "İngilis dili" fənləri üzrə dərs vəsaiti, Azərbaycan tarixi və ingilis dili üzrə test bankları nəşr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB