Elman Nəsirli: “İsrail-Türkiyə gərginliyi fonunda Azərbaycan ehtiyatlı davranış xəttini həyata keçirir” - AÇIQLAMA
İsraillə Türkiyə arasında mövcud gərginlik fonunda Azərbaycan ehtiyatlı davranış xəttini həyata keçirir. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib. Onun sözlərinə görə, Azərbaycan Türkiyə və İsrail ilə yaxın münasibəti olan bir dövlət kimi möcvud olan gərginliyin zəifləməsində, münasibətlərin əvvəlki normal səviyyəyə çatıdırlmasında vasitəçilik missiyası həyata keçirə bilər: "Azərbaycan Türkiyə ilə strateji tərəfdaşdır, İsrail dövləti ilə də sıx münasibətləri var. Bu zəmində Azərbaycan daha çox barışdırıcı tərəf statusunda ola bilər. Mənə elə gəlir ki, rəsmi Bakının siyasəti məhz bu istiqamətdə gedir. Biz bütövlükdə regionda sülh və sabitliyin qorunmasında maraqlı tərəf kimi çıxış edirik. Azərbaycan dövlətinin mövqeyi ondan ibarətdir ki, rəsmi Ankara-Tel-Əviv münasibətlərində yaranan bu gərginlik tezliklə dinc yolla öz həllini tapa bilsin. Azərbaycan həmçinin BMT tərəfindən yaradılan xüsusi komissiyasının verdiyi qiymətin daha obyektiv olmasında da maraqlıdır".
İran Hərbi Hava Qüvvələrinin Azərbaycan sərhədləri yaxınlığında irimiqyaslı hərbi təlimlərə başlamasına gəlincə politoloq bildirib ki, bu addım Türkiyədə NATO-nun raket əleyhinə müdafiə qurğularının yerləşdirməsinə cavab olaraq atılan bir addımdır: "Mənə elə gəlir ki, İranın hərbi manevrlər etməklə əzələ nümayiş etdirir. Eyni zamanda Türkiyəyə mesaj göndərmək istəyir ki, gələcəkdə İran hər hansı bir təhlükə ilə qarşılaşarsa rəsmi Tehran adekvat addım atacaq. Lakin bir məsələ var ki, Türkiyə öz təhlükəsizliyinin təminatı üçün bu addımı atır və bu İrana qarşı tuşlanmayıb. Heç şübhəsiz ki, İran tərəfi onun fərqində olmalıdır ki, Türkiyə NATO-nun azsaylı müttəfiqlərindən biridir ki, İranın nüvə proqramı məsələsində fərqli mövqe nümayiş etdirdi. Bu hardasa dolayısıyla İranın müdafiə etmək kursu kimi dəyərləndirilə bilər. Hesab edirəm ki, İranın öncədən addım atması belə manevrlərə keçməsi, Türkiyəyə təsir etmək niyyətində olması düzgün deyil. Bu cür siyasət İran üçün heç bir divident gətirməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB