Ermənistan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünə qarşıdır
"Son 6 ildə hərbi büdcəsini 20 dəfə artırmış bir ölkə BMT Təhlükəsizlik Şurasına üzv ola bilməz". SİA-nın xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla keçirdiyi mətbuat konfransında açıqlayıb
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə daha çox Slovakiya və ya Macarıstan seçilsə daha müsbət qarşılanardı
Qeyd edək ki, oktyabrda 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünün seçilməsinə dair seçkilər keçiriləcək. Macarıstan və Sloveniya ilə yanaşı bu posta Azərbaycanın da namizədliyi irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB