Azərbaycanın müdafiə naziri Qazaxıstanlı həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri Qazaxıstanlı həmkarı ilə görüşüb

Sentyabrın 6-da ölkəmizə işgüzar səfərə gələn Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekovla Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iki qardaş ölkə və xalqlar arasında tarixi bağlılıqdan söhbət açan nazirlər əlaqələrin daha sıx perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsi görüşdə əsas müzakirə mövzusu olub. Həmçinin nazir Səfər Əbiyev həmkarını bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistanın işğalçılıq siyasəti haqda da məlumatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə