Təl-Əvivdəki aksiyada çoxminlik insan seli müşahidə olunub

Təl-Əvivdəki aksiyada çoxminlik insan seli müşahidə olunub
\"Jerusalem Post\" qəzetinin verdiyi məlumata istinadən SİA xəbər verir ki, İsrailin paytaxtı Təl-Əvivdə və Yerusəlimdə çoxsaylı insan kütləsi sosial ədalətsizliyə qarşı aksiya keçiriblər. Aksiyalarda ümumilikdə 460 min insanın iştirak etdiyi bildirilir. Yerusəlimdə başnazir Binyamin Netanyahunun iqamətgahı qarşısında krçirilən mitinqdə 25 min insanın toplaşdığı qeyd olunub. Həmin aksiyalar eyni zamanda Hayfada, Ber-Şevedə və təqribən daha 20 şəhərdə baş tutub.

Xatırladaq ki, böyük masştablı etiraz aksiyaları 2011-ci ilin iyulundan başlayaraq, hər həftənin şənbə günləri keçirilir. Etiraz aksiyalarında iştirak edən İsrail vətəndaşları hökumətdən sosial ədalət tələb etməklə yanaşı,qiymətlərin ucuzlaşmasını, təhsil və səhiyyədə geniş islahatların aparılmasını şərt kimi irəli sürürlər.

Etirazçıların güclü təsirindən sonra, B.Netanyahu xüsusi dövlət komissiyasının yaradıldığını bildirərək islahatların aparılacağını qeyd edib. Lakin İsrail vətəndaşları buna qane olmayaraq həmin istiqamətdə görülən işlərin daha da radikal həll olunmasını tələb edirlər.

Sentyabrın üçündə keçirilən aksiyalar etiraz dalğasının başlandığı müddətdən bəri baş tutan ən böyük aksiyalardan biri kimi qəbul edilib. Qeyd edək ki, etiraz aksiyalarının təşkilatçıları həmin aksiyalar \"Milyonların marşı\" adını veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə