“Adi bir iddia kimlərinsə əlində siyasi vasitəyə çevrilib ittiham formasında bizə qarşı çevrilməməlidir”-MÖVQE

“Adi bir iddia kimlərinsə əlində siyasi vasitəyə çevrilib ittiham formasında bizə qarşı çevrilməməlidir”-MÖVQE

\"Kimliyindən asılı olmayaraq hər hansı bir şəxsin müəyyən bir tələb irəli sürüb, təkidlə pul tələb etməsi yol verilməzdir\". Bunu SİA-ya açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bəzi müxalifət jurnalistlərinin hakimiyyətdən 40 min Avro məbləğində təzminat istəməsi, eks təqdirdə Avropa Məhkəməsinə müraciət edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, bütün məsələlərin həlli məhkəmələr yolu ilə çözülür. Onun sözlərinə görə, bu məhkəmələr yolu ilə qərar qəbul olunandan sonra bütün məsələlər tərəflərin razılığı ilə həyata keçirilir.

"Çoxlu mübahisəli məsələlər ola bilər ki, onlar da dövlətin ayrı-ayrı qurumları, jurnalistlər, təşkilatlar arasında müzakirə olunmalıdır. Bütün mübahisəli məsələlərin çözümü məhkəmələrin qərarından sonra öz həllini tapmalıdır. Bəzən konteksdən çıxaraq adi bir məsələnin müzakirəsi tamam başqa bir siyasi anlam alır. Fikimcə, hər hansı bir Azərbaycan vətəndaşı buna yol verməməlidir. Adi bir hərəkət, iddia kimlərinsə və yaxud hansısa beynəlxalq qurumların əlində siyasi vasitəyə çevrilib ittiham formasında bizə qarşı çevrilməməlidir. Buna normal vətəndaş və ya insan yol verməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə