9 avqust Milli Qəhrəman Məhəmməd Həsənovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Məhəmməd Ələsgər oğlu Həsənov 1959-cu il avqustun 9-da Goranboy rayonu Qarasüleymanlı kəndində anadan olub. O, 1991-ci ildən Goranboy rayonu ərazisində bölük komandiri kimi düşmənə qarşı döyüşlərdə iştirak edib, həmin il dekabrın 9-da Todan kəndi uğrunda döyüşə rəhbərlik edib, onlarla erməni yaraqlısını məhv edərək kəndi düşməndən təmizləyib.
Mənəşli, Erkəc, Rus Borisi, Erməni Borisi, Qaraçinar, Talış kəndləri uğrunda qəhrəmanlıqla vuruşub. Onun rəhbərlik etdiyi batalyon keçmiş Şaumyan rayonunun erməni quldurlarından təmizlənməsində, Ağdərənin azad edilməsində xüsusi fərqlənib.
Ehtiyatda olan polkovnik-leytenant Məhəmməd Həsənov hazırda Goranboy rayonu Veysli kənd orta məktəbində direktor vəzifəsində çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB