Böyük Britaniyanın xarici işlər naziri Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib

Böyük Britaniyanın xarici işlər naziri Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Ramazan ayının başlanılması ilə əlaqədar dünya müsəlmanlarını təbrik edib.

Britaniya səfirliyindən SİA-ya daxil olmuş təbrik teleqramında deyilir: "Müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar mən Britaniyadakı müsəlman icmasına və dünyadakı müsəlmanlara ən xoş arzularımı çatdırmaq istərdim. Ramazan sarsılmaz sədaqət və inanc dövrüdür. Onun nə dərəcədə mühüm olması ibadət zamanı və yaxın dostlarla ailələr əzizlərini yad etmək zamanı bir araya gələrək aydın olur. Bu ay dözümlülük, ədalət, tərəqqi və bütün insan varlıqlarının şərəfi kimi bölüşdüyümüz dəyərləri bizə xatırladır. Burada ən mühüm cəhət müsəlman və qeyri-müsəlmanları birləşdirən mərhəmət, fədakarlıq və rəhm kimi dəyərlərdir. Yaxın Şərq və Şimali Afrikada misli görünməmiş dəyişikliklər zamanında insanların əsaslı azadlıq əzmi bizim hamımızı duyğulandırır. Belə bir zamanda biz Liviya və dünyadakı digər xalqların gələcək nəsillərinin hüquq və azadlığı uğrunda mübarizəsini xatırlamalıyıq. İlin bu əlamətdar zamanında Sizin dualarınızın cavabsız qalmayacağına və Ramazanın Sizlərə sülh, xoşbəxtlik və vəhdət gətirəcəyinə ümid bəsləyirəm. Bundan çıxış edərək mən Sizə, yaxınlarınıza və dostlarınıza Ramazan bayramınız mübarək deyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə