Atəşkəsi pozan düşmən cavab atəşi ilə susdurulub

Atəşkəsi pozan düşmən cavab atəşi ilə susdurulub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 27-də saat 12.30-dan 12.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 28-də saat 03.35-dən 03.40-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 00.40-dan 00.50-dək, 03.35-dən 03.40-dək və 03.32-dən 03.40-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com