Dmitri Medvedev Norveç kralına başsağlığı verib

Dmitri Medvedev Norveç kralına başsağlığı verib

Rusiya prezidenti Dmitri Medvedyev 90 nəfərdən çox insanın həyatına son qoymuş terror aktları ilə əlaqədar Norveç kralı V Harald və ölkənin baş naziri Yens Stoltenberqə başsağlığı teleqramı göndərib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, teleqramda deyilir: \"Bu ağır gündə biz səmimi olaraq sizinlə həmrəyik və dost Norveç xalqınən dərdinə şərik oluruq. Bu amansız və mənasız cinayətləri törədənlər məsuliyyətə cəlb ediləcək və layiq olduqları cəzanı alacaqlar. Ölənlərin doğmalarına və yaxınlarına mənim başsağlığımı, bütün yaralananlara isə tezliklə sağalmalarını arzu etdiyimi çatdırmağınızı xahiş edirəm\".

Qeyd edək ki, Norveçin paytaxtı Oslonun mərkəzində hökumət binasının yaxınlığında cümə günü partlayış baş verib, nəticədə yeddi nəfər həlak olub, iki nəfər isə xəsarət alıb. Onların vəziyyəti ağırdır. Partlayış nəticəsində Norveç Baş nazirinin administrasiyasının yerləşdiyi binanın şüşələri sınıb

Bütün xəbərlər Facebook səhifəmizdə