Rəsmi Bakı Dmitri Medvedyevin Qarabağ danışıqlarına dair məktubuna cavabını bu gün verəcək

Rəsmi Bakı Dmitri Medvedyevin Qarabağ danışıqlarına dair məktubuna cavabını bu gün verəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rəsmi səfərdədir. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, bu gün E.Məmmədyarov rusiyalı həmkarı Serqey Lavrovla görüşərək, bir sıra ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaq. Azərbaycan XİN rəhbərinin səfəri zamanı eyni zamanda Rusiya prezidenti D.Medvedevin Qarabağ tənzimlənməsinə dair Azərbaycan prezidentinə ünvanladığı şəxsi məktubuna rəsmi Bakının cavabı çatdırılacaq.

Məmmədyarov Lavrovla həmçinin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 3 sentyabr 2010-cu ildə imzalanmış dövlət sərhədi haqqında sazişin ratifikasiyasına dair sənədlərin mübadiləsini həyata keçirəcək, 2011-2012-ci illər üçün Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr planını imzalayacaqlar.

Moskva səfəri zamanı Elmar Məmmədyarovun Rusiya baş nazirinin müavini A.Xloponin və Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşləri də planlaşdırılır.

Səfər bu gün başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə