Həmsədrlər yenə Bakıya toplaşır

Həmsədrlər yenə Bakıya toplaşır

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov artıq Azərbaycandadır.


SİA-nın verdiyi məlumata görə, hava limanında jurnalistləri məyus edən olay baş verib. Belə ki, rusiyalı həmsədr media nümayəndələrinin ciddi cəhdlərinə baxmayaraq onların suallarını cavablandırmaqdan imtina edib. Səbəb kimi onu da bildirib ki, sualları yalnız rəsmi görüşlərdən sonra cavablandıra bilər..

Məlumat üçün bildirək ki, Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke də paytaxtımızdadır. Üçüncü həmsədr Bernar Fasie isə yaxın saatlarda Azərbaycana gələcək.

Qeyd edək ki, həmsədrlərin Azərbaycan prezidenti və xaric işlər naziri ilə görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə