Nizami Cəfərov: “Azərbaycanın 70-ci illərdəki inkişafı tədricən müstəqilliyin təməlini qoydu” - MÜNASİBƏT

Nizami Cəfərov: “Azərbaycanın 70-ci illərdəki inkişafı tədricən müstəqilliyin təməlini qoydu” - MÜNASİBƏT

"Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın ictimai siyasi həyatında çox böyük dəyişikliklərə səbəb oldu". Bu barədə millət vəkili Nizami Cəfərov Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin ildönümü ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, ulu öndər Sovet dövrünün idarəçilik məktəbini gözəl bilirdi, çünki uzun illər dövlət təhlükəsizliyi orqanlarında çalışmışdı: "50-ci illərdə Azərbaycanın idarəçilik imkanlarına və dövlət rəhbərlərinə fikir versək, görərik ki, millətini sevənlər çox idi. Ancaq onların gördüyü işlər əslində uğur qazanmaq əvəzinə problem yaradırdı. Misal olaraq ana dili, milli heysiyyətlə bağlı Mirzə İbrahimovun göstərdiyi fəaliyyət onun işdən çıxarılmasına və milli ideallara qarşı bir narazıçılığın meydana çıxmasına səbəb oldu".

Heydər Əliyevin həm də millətə xidmət etmək texnologiyasını yüksək səviyyədə bildiyini deyən Nizami Cəfərov: "Moskvanın Azərbaycan üzərində olan təzyiqləri tədricən aradan götürülürdü. Ümummilli lider ölkə mədəniyyətinin, iqtisadiyyatının inkişaf etdirilməsi, milli kadrlarının yetişməsi, sovetlər dövründə Azərbaycanın tanınması üçün əlindən gələni edirdi. Azərbaycanın 70-ci illərdəki inkişafı tədricən müstəqilliyin təməlini qoydu. O zaman Azərbaycanın inkişafı göz qabağında di. Azərbaycan sonrakı dövrə, müstəqilik illərinə kifayət qədər güclü potensialla gəldi. Təbii ki, bu ulu öndərin fəaliyyəti idi",- deyə əlavə edib.

Millət vəkili onu da qeyd edib ki, dahi şəxsiyyət olan Heydər Əliyev hər bir Azərbaycan ziyalısını, elm, incəsənət, mədəniyyət xadimini fərdi şəkildə qoruyurdu: " 30-cu illərin repressiyası dövründə Azərbaycan ziyalıları çox pis vəziyyətdə idi. Ulu öndər hər bir azərbaycanlını torpağa bağladı. O zamanki dövrdə bir çox sahələrimiz inkişaf etdirildi. Cəmiyyətin inkişafı üçün əlverişli şərait yarandı".

Ana dili ilə bağlı Heydər Əliyevin gördüyü işləri tarixdə heç bir dövlət başçısının fəaliyyəti ilə müqayisə etməyin düzgün olmadığını deyən Nizami Cəfərov vurğulayıb ki, ana dilli təhsilin olmasını xüsusi vurğulamaq lazımdır: \"Hakimiyyətə gəlişinin ilk dövründə Bakı Dövlət Universitetinin yubileyinin keçirildiyi tədbirdə ümummilli liderin Azərbaycan dilində çıxış etməsi mühüm əhəmiyyət kəsb edirdi. Ulu öndər bu hərəkəti ilə Azərbaycan dilli ziyalıların mövqeyini bir daha möhkəmlətdi. Müstəqillik illərində Heydər Əliyevin gördüyü işlər daha geniş miqyas almağa başladı. BMT-nin tribunasından Azərbaycan dilinin səslənməsi adi məsələ deyildi. Ümummilli liderin bütün bu əməlləri tarixin qiyməti kimi dəyərləndirilir. İlham Əliyevin çox gözəl sözü var: "Bizim siyasətimiz, bizim işimizdir". Ulu öndərin ən böyük xidməti Azərbaycan xalqının 100 illər boyu formalaşmış milli ideallarını həyata keçirməsi oldu. Bu çox mühüm məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə