Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi

- Osmanlı qoşunu Vyananı ikinci dəfə mühasirəyə alıb (1683)

- Xalq kütlələri Parisin mərkəzindəki mütləqiyyət simvolu olan Bastilya qalasını ələ keçirib. Bu hadisə Böyük Fransa İnqilabının başlanğıcı hesab edilir və hər il bayram kimi qeyd edilir (1789)

- Nijni Novqorodda ilk rus avtomobili təqdim edilib (1896)

- Finlandiya muxtariyyət əldə edib (1917)

- Azərbaycan ordusu Karrar stansiyasını (Kürdəmir) bolşevik daşnak qoşunundan azad edib (1918)

- Azərbaycan İnqilab Komitəsi Bakı Universitetinin müəllim və professor heyətini hərbi səfərbərlikdən azad edib (1920)

- Sovet ekspedisiyası "Çelyuskin" gəmisi ilə Arktikaya yola düşüb (1933)

- "General Motors" kütləvi istehsal olunan avtomobillərdə kondisioner quraşdırmağa rəsmən start verib (1952)

- SSRİ Ali Soveti "Pensiyalar haqqında qanun" qəbul edib (1956)

- İraqda dövlət çevrilişi baş verib, kral II Faysal və baş nazir Nuri Səid paşa öldürülüb (1958)

- SSRİ və ABŞ arasında kommersiya uçuşları başlayıb (1968)

- Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlib (1969)

- Qorbaçov "Sovet televiziyalarının demokratikləşdirilməsi haqqında" fərman verib (1990)

- Azərbaycan Mülki Aviasiya haqqında Beynəlxalq Konvensiyaya qoşulub (1992)

Bütün xəbərlər Facebook səhifəmizdə