Bu il Milli Mətbuat Günü münasibəti ilə KİV-ə maliyyə yardımı ayrılmayacaq. SİA-nın məlumatına görə, bu barədə KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, qəzetlərə 6 aylıq qrant layihələri ayrıldığı üçün Milli Mətbuat günü münasibətilə KİV-lərə maliyyə yardımı ayrılmayacaq. O, həmçinin fərdi jurnalist yazı müsabiqəsinin bu həftə yekunlaşacağını vurğulayıb. "İyulun 22-si müsabiqənin qalibləri elan ediləcək",-deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB