Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğradığı yerdə mürəkkəb vəziyyət üzündən qəzanın səbəblərini araşdırmaq üçün yola düşmüş komissiyanın üzvləri hələ ki, təyyarənin düşdüyü yerə çatmağa nail ola bilməyiblər. SİA-nın verdiyi xəbərə görə, hazırda təyyarənin qəzaya uğradığı zonada koalisiya antiterror əməliyyatı aparır və elə buna görə də həmin yerə çatmaq çətin və təhlükəlidir.
Xatırladaq ki, iyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış \"Silk Way\" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı olub. Digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşlarıdır. Qeyd edək ki, bütün ekipaj üzvləri həlak olub.
Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB