NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iyulun 5-də Azərbaycana gəlib. SİA-nın xəbərinə görə, C. Appaturay Bakıda keçirilən NATO-Azərbaycan Beynəlxalq Məktəbinin "Yaxın Şərq problemi: Təhlükəsizlik və Demokratiya" adlı ("The Middle East Puzzle: Security and Democracy") yay sessiyasında çıxış edəcək.
Səfər iyulun 6-da başa çatacaq.
Qeyd edək ki, C. Appaturayın Bakıya səfəri bu il iyunun 10-na planlaşdırılsa da baş tutmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB