Əli Həsənov: \"Qurultayda bu günə kimi nail olunan və nail olunmayan məsələlər ətrafında müzakirələr aparılacaq\"
\"Bakıda Dünya Azərbaycanlılarının III Qurultayında bu günə kimi nail olunan və nail olunmayan məsələlər ətrafında müzakirələr aparılacaq\". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisi ötən qurultaylarda dünyada yaşayan azərbaycanlıların qarşısında həmrəylin, birliyin möhkəmləndirilməsi, öz ölkələrinin ictimai və siyasi həyatında fəal qüvvəyə çevrilmək, Azərbaycan dövlətçiliyinin əlavə xarici resursu kimi dünyada Azərbaycan dövlətçiliyinin, millətinin təbliğ etmək kimi ideyaların qoyulduğunu bildirib.
2001-ci ildə Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldığını deyən Ə. Həsənov vurğulayıb ki, komitə dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsi və Azərbaycan dövləti ilə əlaqələrinin qurulması istiqamətində mühüm işlər görüb.
Əli Həsənov qurultayın uğurlu sonluqla başa çatacağına inandığını və sonda qurultayın qətnaməsinin, müxtəlif müraciətlərin qəbul edəcəyini açıqlayıb.
Qeyd edək ki, bu gün Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB