ATƏT-in yeni baş katibi Lamberto Zannyer təyin olunub. SİA-nın məlumatına görə, Nazirlər Şurasının bu qərarını ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis açıqlayıb.
Öz növbəsində Zannyer: "Mənim üçün bu təşkilatın baş katibi vəzifəsini tutmaq böyük şərəfdir. Mən onunla yaxşı tanışam və təşkilat bizim ümumi dəyərlərimizin irəliləməsində və ümumi təhdidlərə qarşı mübarizədə əsas rol oynayır"
Qeyd edək ki, Lamberto Zannyer 2002-2006-cı illərdə ATƏT-in münaqişələrin qarşısının alınması mərkəzinin direktoru olub. O 2008-ci ildən BMT-nin Kosovodakı xüsusi nümayəndəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB