Elxan Poluxov: “Ermənistan nümayəndələri “Eurovision-2012”-də iştirak edən digər ölkələrin iştirakçıları ilə bərabər hüquqlara malikdirlər”
Azərbaycan Bakıda keçiriləcək "Eurovision-2012"nin bütün iştirakçılarının iştirakını təmin etməyə hazırdır. Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Ermənistanın Bakıda "Eurovision-2012" müsabiqəsində təmsil ediləcək şəxslər barəsində rəsmi İrəvanda yaranan narahatçılığına cavab olaraq bildirib.
Onun sözlərinə görə Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində bütün ölkələrin nümayəndə heyətləri üçün lazımi şərait yaratmağa hazırdır: "Ermənistan nümayəndə heyəti müsabiqədə iştirak etmək üçün digər ölkələrin iştirakçıları ilə bərabər hüquqlara malikdirlər".
Qeyd edək ki, erməni mətbuatı son günlər ərzində Ermənistanı Bakıda "Eurovision-2012" müsabiqəsində təmsil ediləcək şəxslərin təhlükəsizliyinin qorunması barəsində narahatçılıq ifadə edən yazılar dərc ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB