Həmsədrlər yenidən regiona gəlir

Həmsədrlər yenidən regiona gəlir

Fransanın Xarici İşlər Nazirliyi Kazan görüşü ilə bağlı bəyanatla çıxış edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir: "Ermənistan və Azərbaycan prezidentlərinin Kazanda keçirilən görüşünün nəticəsi önəmsiz deyil. Fransa ATƏT-in Minsk qrupundakı tərəfdaşları olan ABŞ və Rusiya ilə birgə Qarabağ danışıqlarını davam etdirmək üçün tərəflərə hər cür kömək göstərəcək".

Bəyanatda həmçinin həmsədrlərin gələn həftə Bakı, İrəvan və Xankəndinə səfər edəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə