İlham Əliyev Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyevi qəbul edib

İlham Əliyev Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyevi qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyevi qəbul edib. SİA-nın president.az saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, həmçinin daxili işlər orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, bölgədə sabitliyin önəmi qeyd olunaraq ölkələrimizin əlaqələrinin möhkəmlənməsinin bu işə töhfə verdiyi bildirilib.

Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyevin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi və ölkələrimizin müvafiq strukturları arasında birgə əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə