Bu gün Elmar Məmmədyarov Qazaxıstana gedir

Bu gün Elmar Məmmədyarov Qazaxıstana gedir

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Astana şəhərində keçiriləcək İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirak etmək məqsədilə 27-28 iyun tarixlərində Qazaxıstan Respublikasına səfər edəcək. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir E.Məmmədyarovun İKT-nin Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında çıxışı və səfəri çərçivəsində ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə