Aydın Mirzəzadə: “Ermənistanın siyasəti bumeranq effekti verir və ziyanı özünə dəyir” - AÇIQLAMA
"Azərbaycan ordusu bu gün dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu ən müasir tələblərə cavab verən struktura malikdir, eyni zamanda Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması yönündə indiyə qədər dövlət tərəfindən vacib addımlar atılıb.
Deputatın fikrincə, bu faktlar torpaqlarımızın 20 faizini işğal etmiş və bütün siyasətini qonşu dövlətlərin torpaqlarını işğalı üstündə quran Ermənistana da kifayət qədər məlumdur. Aydın Mirzəzadə qeyd edib ki, təbii resursları kasad, işğalçılıq siyasətinə sadiqlik, Azərbaycan, Türkiyə və Gürcüstana torpaq iddiaları irəli sürməsi və özünü inkişafdan kənarda qoyması Ermənistanda iqtisadiyyatın geriləməsinə səbəb olub.
"Ermənistan sivil dövlət qurmaq, obyektiv qanunlarla işləyən iqtisadiyyat qurmaq, mehriban qonşuluq siyasətinə əsaslanan xarici diplomatiya həyata keçirmək əvəzinə qonşu dövlətlərə torpaq iddiasına üstünlük verir. Bu da işğalçı dövlət üçün bumeranq effekti verir və ziyanı özünə dəyir", - komitə sədrinin müavini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB