Sarkozi Sarkisyana Kazanda keçiriləcək görüşlə əlaqədar məktub ünvanlayıb

Sarkozi Sarkisyana Kazanda keçiriləcək görüşlə əlaqədar məktub ünvanlayıb

Fransa prezidenti Nikola Sarkozi Ermənistan Prezidenti Serj Sarkisyana Kazanda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə keçiriləcək görüşlə əlaqədar məktub ünvanlayıb. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair əsas danışıqların başlanmasına yol açacaq nizamlanma prinsiplərini qəbul etməyin vaxtı çatıb".

N. Sarkozi bildirib ki, tarixdə elə anlar var ki, dövlət başçıları öz xalqlarına sülhə, cəsarətə və müdrikliyə aparan yolu göstərməlidirlər: "Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində məhz həmin an gəlib çatıb".

Bütün xəbərlər Facebook səhifəmizdə