Azərbaycan prezidenti Krans Montana Forumunun ali mükafatına layiq görülüb
Bu gün Brüsseldə Krans Montana Forumunun rəsmi açılışı olub. SİA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun "Azərbaycan: Şərqə doğru Avropanın qabaqcıl mayakı" sessiyasında iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə ölkəmizlə bağlı təqdim edilən sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri barədə ətraflı məlumat verilib. Burada ölkəmizdə enerji, turizm, mədəniyyət, infrastruktur sahələri barədə Forum iştirakçılarının diqqətinə zəngin məlumat çatdırılmaqla Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf dinamikası barədə də informasiyalar yer alıb. Bu da Azərbaycan ilə tanışlıq, ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə məlumat almaq üçün Forum iştirakçılarına geniş imkanlar yaradın. Bir sözlə, Forumda Azərbaycana maraq kifayət qədər böyük olub.
Sonra Forum öz işinə başlayıb. Mərasimi açan Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, o cümlədən digər qonaqları salamlayıb, tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verib.
Belçika Krallığı Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, enerji sektorunda əldə olunan uğurlar, sərmayə mühiti barədə danışıb. Bu sahədə prezident İlham Əliyevin xidmətlərini xatırladıb və Avropa üçün Azərbaycanın Asiyaya açılan qapı olduğunu diqqətə çatdırıb.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger çıxışında diqqəti Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlara yönəldib. O deyib ki, indi enerji təhlükəsizliyi Avropa üçün bir nömrəli məsələdir və neft-qaz hasilatında əldə edilən nailiyyətlər Azərbaycanı daha da gücləndirir. Komissar Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri zamanı enerji sahəsində əməkdaşlığa dair imzalanan birgə bəyannamənin əhəmiyyətinə də toxunub.
Albaniyanın Baş naziri Sali Berişa da neft-qaz sektorunda əldə olunan uğurlar münasibətilə prezident İlham Əliyevi təbrik edib.
Əlcəzairin planlaşdırma naziri Həmid Temmar və İslam Konfransı Təşkilatının (İKT) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də mərasimdə çıxış ediblər. İKT-nin baş direktoru rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında yaranan səmərəli əməkdaşlıqdan danışıb. O vurğulayıb ki, Azərbaycan həm İSESKO, həm də YUNESKO və digər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən tədbirləri təşkil etməklə özünün mədəni dəyərlərə sadiqliyini təsdiq etdi. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini vurğuladı və onun xoşməramlı səfir kimi mədəniyyət, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Forumda çıxış edib. Dövləti başçısı bütün qonaqları salamlayaraq onu bu Foruma dəvət etdiklərinə görə hamıya təşəkkürünü bildirib. Azərbaycan haqqında danışan Prezident İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə məlumat verib. Deyib ki, Azərbaycanın inkişafının tam təmin edilməsi üçün biz güclü iradəyə malikik. On ildir Azərbaycanın Avropa Şurasının üzvü olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, indi ölkəmiz Avropa İttifaqı ilə əlaqələri gücləndirir. Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərin əhəmiyyətinə toxunub və gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.
Müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın iqtisadi inkişafının mərhələləri barədə danışan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, ölkəmiz maliyyə böhranı illərində də yüksək templərlə inkişaf edib. Neft ölkəsi olan Azərbaycanın gələcək illər üçün öz inkişafını qeyri-neft sektoruna yönəltdiyini deyən dövlət başçısı bildirib ki, Avropa təsisatları ilə sıx əməkdaşlıq bizim üçün vacibdir. "Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır, cəmiyyətimiz çoxmədəniyyətlidir və Azərbaycan bu sahədə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib", - deyən İlham Əliyev onu da vurğuladı ki, ölkəmiz regional təhlükəsizliyə böyük diqqət yetirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirib ki, artıq 20 ildir Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır, ölkədə 1 milyon qaçqın və məcburi köçkün var. Ermənistan bu günə qədər beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirməyib. "Münaqişə nə qədər tez həll olunsa bu, regional təhlükəsizliyə ən böyük töhfə olar", - deyən dövlət başçısı enerji məsələsinə də toxundu, dünyada şəffaf qurum kimi tanınan Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətindən, Azərbaycanın şaxələndirilmiş neft-qaz infrastrukturundan, hazırda ciddi şəkildə müzakirə olunan "Cənub" qaz dəhlizinin əhəmiyyətindən danışdı. Prezident İlham Əliyev "Evrovision" beynəlxalq mahnı müsabiqəsində ölkəmizə səs verdiklərinə görə, Avropanın paytaxtı hesab olunan Brüsseldən hamıya təşəkkürlərini çatdırıb.
Krans Montana Forumunun prezidenti Jan Pol Karteron Azərbaycanın inkişafında böyük fəaliyyəti olan ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini xatırladıb, ölkəmizdə iqtisadi inkişaf baxımından əldə olunan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib.
Forumun ən ali mükafatı "PRIX DE LA FONDATION" Prezident İlham Əliyevə təqdim olunub.
Prezident İlham Əliyev mükafata və xoş sözlərə görə, təşəkkürünü bildirdi. "Bizim hədəfimiz müasir Azərbaycanda sülhə nail olmaqdır", - deyən dövlətimizin başçısı bildirib ki, güclü mövqeyimiz ölkəmizə müstəqil siyasət yürütməyə imkan verir, mühüm qlobal və regional layihələrdə Azərbaycanın mövqeyi tərəfdaşların mövqeyi ilə üst-üstə düşür. "Bu mükafatı Azərbaycana verilən mükafat kimi qəbul edirəm", - deyən Prezident İlham Əliyev bir daha təşəkkürlərini çatdırıb.
Bu il 22-ci dəfə keçirilən Krans Montana Forumunda dünyanın müxtəlif ölkələrindən dövlət başçıları, nazirlər, iri biznes sahibləri iştirak edir. Qeyd edək ki, Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə Krans Montana tərəfindən yaradılan beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan etmişdir. Builki Forum işini iyunun 25-də başa çatdıracaq.
Gələn ilin iyununda isə Krans Montana Forumu Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



