ATƏT-in baş katibi: “Kazandakı görüşdə Qarabağ münaqişəsinin həllini tapmaq olar”
Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş problemin həllinə gətirib çıxara bilər. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Moskvada keçirilən mətbuat konfransında ATƏT-in baş katibi Mark Perren de Brişambo deyib. O, Kazan görüşünün uğurla yekunlaşacağına və bölgədə sülh və sabitliyin yaranacağına ümid bəslədiklərini bildirib: "Biz bu regionda sülh və sabitliyə ümid edirik və əminik ki, Kazandakı görüş uğurla nəticələnəcək və münaqişənin həllinə gətirib çıxaracaq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Dmitri Medvedevin dəvəti ilə iyunun 24-də Rusiya Federasiyası Prezidentinin mükafatı uğrunda ənənəvi cıdır yarışına gələcəklər. Növbəti üçtərəfli görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB