Avropa Komissiyasının sədri: “Prezident İlham Əliyevlə görüşü səbirsizliklə gözləyirəm”
"Mən prezident İlham Əliyevlə açıq və məhsuldar müzakirəni səbirsizliklə gözləyirəm". Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən SİA-ya verilən xəbərə görə, bunu Avropa Komissiyasının sədri Joze Manuel Barrozo Azərbaycan prezidenti İlham Əliyevlə görüşü ərəfəsində səsləndirdiyi bəyanatda deyib: "Biz ikitərəfli münasibətlərdə əldə olunmuş irəliləyişləri və bir sıra vacib enerji məsələlərini, o cümlədən mənim yanvarda Azərbaycana səfərim zamanı razılaşdırılan və Avropa Birliyi ilə Azərbaycanın ümumi strateji məqsədi olan Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsini müzakirə edəcəyik. Görüşdə mən Azərbaycanın inkişafı və müasirləşməsi üçün siyasi islahatların və qanunun aliliyinin önəmini də qeyd edəcəyəm".
Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində AB prezidenti German van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, Avropa Parlamentinin sədri Yerji Buzek və AB-nin genişlənmə, Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB