Egemen Bağış: “Azərbaycanla Ermənistan barışan kimi Türkiyə sərhədləri açaçaq”
"Ermənistanın Türkiyə ilə birgə çalışaraq gələcəkdə ölkələrin, xalqların və insanların əzablarının qarşısını almaq şansı var". SİA-nın "Armenia today" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin dövlət naziri Egemen Bağış Türkiyə, Ermənistan və ABŞ jurnalistlərinə açıqlamasında deyib.
1915-ci il hadisələrinə münasibət bildirən E. Bağış həmin dövrdə həm erməni, həm də türk xalqlarının zərər çəkdiyini söyləyib. O bildirib ki, Ermənistan və Türkiyə prezidentləri münasibətlərin normallaşması üçün gərəkli olan cəsarətli addımları atıblar: "Lakin Türkiyə Azərbaycanın ərazi bütövlüyü məsələsinə çox həssas yanaşır və Azərbaycanla Ermənistan arasındakı problemə laqeyd qala bilməz. Qonşularla sıfır problem istəyən Türkiyə qonşuların da bir-biri ilə problem yaşamamasını arzulayır. Biz Azərbaycanla Ermənistan arasındakı problemin həll olunmasını istəyirik".
Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə dair sualı cavablandıran nazir: "Azərbaycanla Ermənistan barışan kimi Türkiyə sərhədləri açaçaq"-deyə, cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB