Mübariz Qurbanlı: “Bütün dünya Azərbaycanın gücünü və qüdrətini görəcək”
"Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti – Kazan görüşü ərəfəsində ümidverici bəyanatların səslənməsi təsadüfi deyil. Bütün bunlar Azərbaycanın apardığı məntiqi siyasətin nəticəsidir". SİA-nın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində deyib. O bildirib ki, prezidentlərin Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişlərin əldə edilməsi mümkündür. M. Qurbanlının fikrincə, Ermənistan Qərbi Avropa, həmçinin ABŞ üçün elə də vacib ölkə deyil: "Yəni Ermənistan dalana dirənib".
YAP təmsilçisi bəzi dairələrin iyunun 26-da keçiriləcək hərbi paradın güc nümayişi olduğunu iddia etməsinə də münasibət bildirib: "Təcavüzə məruz qalan ölkənin öz hərbi gücünü artırması qəbahət deyil. Qəbahət təcavüzkarın öz hərbi potensialını artırması və başqalarının torpağını ilhaq etməsidir. Bilirsiniz ki, hərbi parad Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək. İyunun 26-da keçiriləcək hərbi paradda bütün dünya Azərbaycanın gücünü və qüdrətini görəcək. Bir daha qüvvələr nisbətinin bütün istiqamətlərdə Azərbaycanın xeyrinə dəyişdiyini hər kəs anlayacaq. Ölkəmizin mənəvi, psixoloji, iqtisadi, sosial, siyasi üstünlüyü nəticə etibarilə xarici dairələri Ermənistana təzyiq göstərməyə vadar edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB