Hillari Klinton: \"Suriya üçün geriyə yol yoxdur\"

Hillari Klinton: \"Suriya üçün geriyə yol yoxdur\"

ABŞ-ın dövlət katibi Hillari Klinton Səudiyyə Ərəbistanında dərc edilən "Aşark əl-Avsat" qəzetindəki məqaləsində bəyan edib ki, Şimali Amerika Bəşər Əsəd rejiminin beynəlxalq təcridini daha da gücləndirmək fikrindədir.

SİA-nın məlumatına görə, "Suriya üçün geriyə yol yoxdur" adlı məqaləsində Klinton yazır: "Prezident Əsəd göstərdi ki, o daha çox şəxsi hakimiyyətində maraqlıdır, nəinki xalqının gələcəyində".

ABŞ-ın dövlət katinin dediyinə görə, "Əsədin seçimi artıq aydındır". H.Klintonun fikrincə, "Suriyada başlayan iğtişaşlar dəyişikliklərin uzaqda olmamasına dəlalət edir".

Hillari Klinton onu da vurğulayıb ki, əgər Əsəd düşünürsə ki, ölkəsində baş qaldıran etirazlar xarici qüvvələrin işidir, o yanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə