Prokurorluq orqanlarında kadr dəyişiklikləri olub

Prokurorluq orqanlarında kadr dəyişiklikləri olub

Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kadr dəyişiklikləri baş verib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun SİA-ya verdiyi məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Zəngilan rayon prokuroru vəzifəsini icra edən Rauf Məmmədəliyev, Kəlbəcər rayon prokuroru vəzifəsini icra edən Əlirza Babayev, Ağdam rayon prokuroru vəzifəsini icra edən İslam Qasımov və Xocalı rayon prokuroru vəzifəsini icra edən Elşən Abdullayev tutduqları vəzifələrdən azad edilməklə uyğun olaraq Göygöl, Ağstafa, Qax və Ucar rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə