“El Mundo”: Azərbaycanla Ermənistan arasında sülh indiki qədər yaxın olmayıb

“El Mundo”: Azərbaycanla Ermənistan arasında sülh indiki qədər yaxın olmayıb

İki həftədən sonra Tatarıstanın Kazan şəhərində Rusiya prezidenti Dmitriy Medvedevin vasitəçiliyi ilə azərbaycan və Ermənistan prezidentləri ilham Əliyev və Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların növbəti raundu keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın nüfuzlu "El Mondo" qəzetinə açıqlamasında deyib.

Qəzet XİN rəhbərinə istinadən xəbər verir ki, prezidentlər tarixi sülh sazişinin imzalanmasını 20 illik müharibə şəraitindən sonra reallaşdıra bilərlər.

"Biz Ermənistan tərəfinin mövqeyində bir az sərtləşmə müşahidə olunmağa başlayıb. ona görə də mən görüşə qədər daha çox optimist olmaq istəməzdim", - İspaniyaya ilk rəsmi səfəri zamanı E.Məmmədyarov qeyd edib.

XİN başçısı bildirib ki, Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının da təhlükəsiz yaşamasına təminat verə bilərik. Biz həm də hesab edirik ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verə bilərik.

"Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması regionda bütün ssenariləri dəyişə bilər. Bu xalqların sülh şəraitində yaşamasına bir siqnal ola bilər", - E.Məmmədyarov belə deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə