Niyaməddin Orduxanov: "Çox zaman inqilablar xalqları ümumi inkişafdan 30-40 il geriyə salır" - AÇIQLAMA
Azərbaycan kimi demokratik, hüquqi dövlətdə hər şeyin qanunlarla tənzimləndiyi bir şəraitdə qanunsuz aksiyaların keçirilməsi xalqın mənafeyinə ziddir. Bunu SİA-ya açıqlmasında BAXCP-nin sədr müavini Niyaməddin Orduxan söyləyib. Bildirib ki, bu yolla iğtişaşlar törətmək, cəmiyyəti radikallığa cəlb etmək kökündən yanlış bir siyasətdir. İndiyədək dünyanın heç bir xalqına qarşıdurmalar, inqilablar fayda verməyib deyən N.Orduxanov çox zaman inqilabların xalqları ümumi inkişafdan 30-40 il geriyə saldığını da dilə gətirib. "Azərbaycan xalqı heç vaxt dağıdıcı inqilabların tərəfdarı olmayıb. Təbii ki, hər kəsin sərbəst toplaşmaq hüququ var və bu hüquqdan hər bir Azərbaycan vətəndaşı sərbəst şəkildə istifadə edə bilər. Ancaq bu başqa insanların hüquqlarının pozulması hesabına baş verməməlidir", - deyə o əlavə edib.
"Müxalifət niyə Bibiheybətdəki stadionda mitinq keçirməkdən boyun qaçırır" sualına isə N.Orduxanov birmənalı cavab verib. O bildirib ki, müxalifətçilərin xalqın onları dəstəkləməyəcəyini yaxşı bildikləri üçün insanların gur olduğu yeri seçirlər. "Əgər onlar xalqın dəstəyindən arxayın olsaydılar, gedib Bibiheybətdə mitinq keçirərdilər və ictimaiyyətin onları dəstəklədiyni sübut edərdilər. Ancaq bunlar gəlib əhalinin sıx olduğu "Fəvvarələr" meydanını və ya hər hansı metronun qarşısını seçirlər. Bilirlər ki, buralarda insanların sayı çoxdur və qışqırsalar, hamı onların hansı formada "oyun" çıxıracaqlarına tamaşa edəcək. Bununla da elə zənn edəcəklər ki, oradakıların hamısı, guya onların tərəfdarlarıdır. Ancaq səhv edirlər. Bu gün hamı hər şeyi başa düşür və hamı yaxşını pisdən, qaranı ağdan tez seçir. Ancaq bütün bunların fövqündə isə yaradılan demokratik mühitdən qeyri-qanuni bir şəkildə faydalanmağa çalışmaq, ümumilikdə Azərbaycan xalqının əleyhinə atılmış bir addımdır" deyə N.Orduxanlı əlavə edib.
Tapdıq Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB