Əbülfəs Qarayev: “Bu il ümumi daxili turizmdə keçən ilə nisbətən təxminən 15-17% civarında endirim olacaq” - AÇIQLAMA

Əbülfəs Qarayev: “Bu il ümumi daxili turizmdə keçən ilə nisbətən təxminən 15-17% civarında endirim olacaq” - AÇIQLAMA

AZAL"ın ölkədaxili aviareyslərə yeni güzəştli tarifləri "Turizm ili"nə və daxili turizmin inkişafına verilən layiqli töhfədir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev "AZAL"ın ölkədaxili aviareyslərə yeni güzəştli tariflər tətbiq etməsini yüksək qiymətləndirib. Nazir hesab edir ki, bu addım "Turizm ili"nə və daxili turizmin inkişafına verilən layiqli töhfədir: "Ümid edirik ki, bu addım daxili turistlərin artmasına daha da yardım edəcək. Xarici səfərlərə gəldikdə, bu, beynəlxalq nəqliyyat qanunlarına uyğun tənzimlənir. Amma məndə olan məlumata görə, Azərbaycana gələn və buradan müxtəlif istiqamətlərə gedən reyslərdə sərnişinlərin sayı artıb. Bilmirəm, yeni qiymətlər buna nə dərəcədə təsir edəcək. Hər halda, əgər əvvəlki qiymətə biletləri alırlarsa, deməli, indi də alacaqlar".

Nazir onu da qeyd edib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi müəyyən ölçülər götürərək müxtəlif mehmanxana rəhbərləri ilə müzakirələr aparıb: "Müzakirələrin nəticəsi olaraq bu il ümumi daxili turizmdə keçən ilə nisbətən təxminən 15-17% civarında endirim olacaq. Baxmayaraq ki, yerlər kifayət qədər məhduddur, yerlərin tapılması müəyyən problemə çevrilib, ancaq normal qiymətlərin saxlanmasına nəzarət etməliyik. Gözləyirik ki, bu il xidmətlərin keyfiyyəti daha yüksək olacaq. Artıq Turizm Kollecinin birinci məzunları da buraxıldı. Bundan başqa, yerlərdə kurslar təşkil olundu. Bu proses hələ davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə