Əli Həsənov: “Ermənistandan qovulan azərbaycanlı qaçqınlar digər tərəfdən də müharibə nəticəsində qovulan siyasi miqrantlardır” - MÜNASİBƏT

Əli Həsənov: “Ermənistandan qovulan azərbaycanlı qaçqınlar digər tərəfdən də müharibə nəticəsində qovulan siyasi miqrantlardır” - MÜNASİBƏT

"Azərbaycanda milli azlıqların, milli etnik qrupların hüquqlarının qorunması üçün hüququ baza yaradılıb. Biz uzun müddətdir ki, qaçqın və məcburi köçkün problemi ilə məşğuluq. Belə qənaətə gəlmişəm ki, dünyada qaçqın, köçkün problemi ilə miqrantlar arasında müəyyən paralelik var. Hesab edirəm ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı bu istiqamətdə birgə fəaliyyət göstərməlidir. Müəyyən məsələlərdə problemlər bir-birinə uyğunluq təşkil edir". SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.O bildirib ki, azərbaycanlılar Ermənistandan Azərbaycana qovulduqları üçün qaçqın olublar. Amma onların həm də miqrant olduqlarını deyən Ə.Həsənov vurğulayıb ki, onlar bir tərəfdən hüquqi statusu olan qaçqınlar, digər tərəfdən isə müharibə, zorakılıq nəticəsində qovulan siyasi miqrantlardır. Onun sözlərinə görə, bu paralelliyi analiz və təhlil etmək, hətta onların bəzi statuslarını hətta birləşdirmək da mümkündür".

Komitə sədri Ermənistandan qovulan qaçqınlara Azərbaycan vətəndaşlığının verilməsi məsələsinə də münasibət bildirib. O bidlirib ki, münaqişə həll olunandan sonra onların geri qayıtması üçün heç bir problem yaratmayacaq. Ə.Həsənov qeyd edib ki, 2001-ci ildə Heydər Əliyevin Ermənistan qaçqınları üçün qəsəbə tikintisi ilə bağlı qəbul etdiyi fərmanın birinci bəndində "Ermənistan qaçqınları öz siyasi statuslarını, qaçqın statuslarını saxlayırlar" yazılıb: "O status, onların həmin torpaqlara dönmə ixtiyarları və imkanları qalır vədaimidir. Daxildəki torpaqlar işğaldan azad olunandan sonra yəqin ki, növbəti mərhələdə bu məsələ müzakirə olunacaq. Azərbaycan heç vaxt bu torpaqlardan əl çəkə bilməz. Ora bizim dədə-baba torpaqlarımızdır. Ermənilər orada dövlətlərini yaradıb, bizim insanları ortadan çıxarıblar. Amma həmin ərazilər Azərbaycan torpaqlarıdır. Biz o ərazilərə müstəqil Azərbaycan torpağı kimi iddia etməsək də, insanlarımızın orada yaşamasına iddia edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə