ABŞ Konqresi Obamanın yardımlarına qadağa qoyub

ABŞ Konqresi Obamanın yardımlarına qadağa qoyub

ABŞ artıq Liviyaya müharibəsinə dəstək ola bilməyəcək. SİA-nın məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasında 2012-ci maliyyə ili üçün nəzərdə tutulmuş qanuna düzəliş edilməsi ilə bağlı səsvermə keçirilib. Məlumatda bildirilir ki, qanuna dəyişiklik edilməsini demokrat konqressmen Bred Şerman təklif edib.

Təklifə əsasən, ölkənin maliyyə xərclərinin bir qisminə məhdudiyyət qoyulacaq. Məsələ ilə bağlı əsas məhdudiyyət isə, Liviyadakı hərbi kampaniyaya aiddir. Təklifdə qeyd olunub ki, hərbi ehtiyaclar birmənalı şəkildə Hərbi Səlahiyyətlərin Tənzimlənməsi Qətnaməsi ilə ziddiyət təşkil etməməlidir. Bu qətnamədə isə göstərilir ki, ABŞ prezidenti Konqresin icazəsi olmadan 2 aydan artıq müddətə ordunu müharibəyə göndərə bilməz.

Qeyd edək ki, qanuna dəyişiklik edilməsininlehinə 248 nəfər, əlehinə163 nəfər səs verib. 21 nəfər isə ümumiyyətlə səsvermədə iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə